22 Ağustos 2024 Perşembe

Linux distrolarda Saat və Vaxt konfiqirasiyası

 




Linux distrolarda saat və tarixi dəyişmək üçün bir neçə üsul var. Əsasən date, timedatectl və ya hwclock kimi əmrlərdən istifadə olunur. Aşağıda saat və tarixi dəyişmək üçün istifadə olunan üsullar təsvir edilmişdir.

date əmri ilə saat və tarixi dəyişmək

date əmri sistemin cari saat və tarixini göstərir və onu dəyişdirmək üçün də istifadə olunur.

Format:

MM - Ay (01–12)

DD - Gün (01–31)

hh - Saat (00–23)

mm - Dəqiqə (00–59)

CC - Əsrin ilk iki rəqəmi (məsələn, 20)

YY - İl (son iki rəqəm)

ss - Saniyə (opsional)


Məsələn:

22 avqust 2024, saat 18:45 olaraq saat və tarixi dəyişdirmək üçün:


Bu komanda sistemin vaxtını göstərilən tarixə və vaxta dəyişəcəkdir.

timedatectl əmri ilə saat və tarixi dəyişmək

timedatectl əmri systemd sistemlərində saat və tarix üzərində nəzarət etməyə imkan verir. Bu əmrlə həm də vaxt zonasını dəyişmək mümkündür.


Saat və Tarixi Dəyişmək:


Məsələn:

22 avqust 2024, saat 18:45 olaraq saat və tarixi dəyişdirmək üçün:


timedatectl ilə vaxt zonasını dəyişmək

Vaxt zonasını dəyişmək üçün əvvəlcə mövcud vaxt zonalarını siyahıya almaq lazımdır:


Ardından uyğun vaxt zonasını seçib təyin etmək:


Məsələn, Bakı vaxt zonası üçün:


hwclock əmri ilə hardware saatını dəyişmək

hwclock əmri hardware (BIOS) saatını idarə etmək üçün istifadə olunur. Sistemin saatını hardware saatı ilə sinxronlaşdırmaq üçün:



Bu üsullar Linux sistemində vaxt və tarixin idarə edilməsi üçün ən çox istifadə olunan vasitələrdir.










Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan