31 Ağustos 2024 Cumartesi

Linux-un yaranma tarixi

 


Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.


1.(1980-1990) illərdə

UNIX Əməliyyat Sistemləri:

Linuxun inkişafına əsas təməl UNIX əməliyyat sistemlərindən yaranmışdır. UNIX 1969-cu ildən başlayaraq AT&T Bell Labs tərəfindən inkişaf etdirilmişdir. UNIX sistemlərinin açıq mənbəli olması, müxtəlif təkmilləşdirmələrə və modifikasiyalara imkan verdi.


2. Linus Torvalds və Linuxun Yaranması (1991)

1991: Linux Kernelinin İlk versiyası buraxıldı.

Linus Torvalds, 1991-ci ilin avqustunda Linux adlı özünün yazdığı kernel proqramını yayımladı. Bu zaman Linux, yalnız məhdud bir disk əməliyyat mühiti idi. Linus Torvalds, kernelin ilk versiyasını özünün şəxsi kompüterində yazmış və bununla əlaqədar kodu comp.os.minix yenisgörəndə açıq mənbə kimi paylaşmışdı.



3. 1992: GNU/LINUX Adı

Richard Stallman dayday və GNU Project Linux kernelinin yanında öz proqram təminatlarını təklif etdilər. GNU layihəsinin məqsədi açıq mənbəli proqram təminatlarını təmin etmək idi və Linux kernelinin əlavə olunması ilə GNU/Linux əməliyyat sistemi ortaya çıxdı.



4. Linuxun İnkişafı və Populyarlaşması (1993-2000) illərə təsadüf etdi.

1994-cü ilin mart ayında Linux kernelinin 1.0 versiyası çıxdı. Bu versiya çoxlu sayda yeni xüsusiyyətlər və təkmilləşdirmələr təqdim etdi.


5. 1995-1996: İlk Linux Distroları buraxıldı.

Slackware, Debian, Red Hat Linux, SUSE və digər ilk Linux distroları  meydana çıxdı. Bu distrolar Linux kernelinin yanında müxtəlif proqram təminatlarını birləşdirərək tam bir əməliyyat sistemi təqdim etdilər.


6. 1999: Linuxun Ticarət Dəstəyi göstərən şirkətlər

Linux bazarının artması ilə bir çox şirkətlər və ticarət müəssisələri Linux dəstəyi təqdim etməyə başladılar. IBM, Dell və HP kimi iri texnologiya şirkətləri Linux əməliyyat sistemini dəstəkləməyə başladılar.



7. Linuxun sürətlə dünyada  Yayılması və Ticarətləşməsi (2000-2010)illərə təsadüf elədi

2000: Linuxun Serverlərdə İstifadəsi
Linux əməliyyat sistemi server mühitində geniş istifadə edilməyə başladı. Xüsusilə web serverlərdə, məlumat bazası serverlərində və şəbəkə xidmətlərində geniş yayılmağa başladı.
2003: GNOME və KDE
GNOME və KDE kimi masaüstü mühitlər Linuxun istifadəçi dostu olmasını təmin etdi və daha geniş istifadəçi bazasına sahib oldu.

2004: Ubuntu təqdim edildi
Ubuntu dağıtımı populyarlıq qazandı və Linuxun daha geniş istifadəçi bazasına təqdim edilməsində mühüm rol oynadı. Bu distrolar yeni istifadəçilər üçün sadə və istifadəsi asan bir mühit təqdim etdi.



8. Müasir dövür üçün Linux (2010-Davamlı)

2010: Linuxun Mobil və Bulud İstifadəsi
Linux əməliyyat sistemi, mobil cihazlarda və bulud xidmətlərində geniş şəkildə istifadə olunmağa başladı. Android mobil əməliyyat sistemi Linux kernelinə əsaslanır və dünya üzrə ən çox istifadə olunan mobil əməliyyat sistemidir.

2015 və Sonrası: IoT və Konteynerlər
Docker və Kubernetes kimi konteyner texnologiyaları Linuxun müasir IT mühitlərindəki əhəmiyyətini artırdı. Linux, IoT (Internet of Things) və digər müasir texnologiyalarda geniş istifadə olunur.


Nəticə olaraq Linux

Linux əməliyyat sistemi, açıq mənbəli və icma əsaslı bir inkişaf modelinə əsaslanaraq, bütün dünyada geniş bir istifadəçi bazasına sahib olub. Onun tarixi, bir çox fərqli versiyaların, distroların və tətbiq sahələrinin inkişafını əhatə edir. Müasir Linux sistemləri serverlərdən mobil cihazlara, bulud mühitlərindən IoT cihazlarına qədər geniş bir tətbiq sahəsinə malikdir.



Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan