Sunday 8 September 2024

Linux-da faylları Arxivləşdirmə və Sıxma




 Salam əziz dostlar, Bu gün sizə Linux distrolarda arxivləşdirmə haqqında məlumat yazacağıq. Arxivləşdirmə və Çıxarma prosesi Windows-dan bir az fərqli olduğu üçün nu haqqda məqalə yazmaq qərarınmı aldım.

Linux-da arxivləşdirmə, fayl və folderləri sıxılmış və ya sıxılmamış formatlarda tək bir fayla yığmaq üçün istifadə olunur. Arxiv faylları saxlanılması və ötürülməsi asan olan fayllardır. Linux-da ən çox istifadə edilən arxivləşdirmə və sıxışdırma alətləri aşağıdakılardır:


1. tar (Tape Archive)

tar fayl və folderdə arxiv faylına birləşdirmək və bu arxivləri çıxarmaq üçün istifadə olunan əsas alətdir. O, sıxılmış və ya sıxılmamış arxivlər yarada bilər.


Əsas istifadəsi:

Arxiv yaratmaq üçün:

tar -cvf archive.tar /path/to/files

Burada -c yeni arxiv yaradır, -v əmrin icrasını göstərir və -f fayl adını bildirir.


Arxivləşmiş faylı arxivdən çıxarmaq üçün

tar -xvf archive.tar
Burada -x arxivi çıxarır.


2. İndi isə Gzip ilə sıxışdırılmış faylı arxiv yaratmağı göstərəcəyik.

tar -czvf archive.tar.gz /path/to/files
Burada -z hərifi faylın gzip ilə sıxışdırıldığını göstərir.
Gzip sıxılmış faylı çıxarmaq üçün:
Nümunə: tar -xzvf archive.tar.gz
3. gzip və gunzip
gzip faylları sıxışdırmaq üçün istifadə olunur, gunzip isə gzip formatında
sıxılmış faylları açır.



Faylı sıxmaq üçün aşağıdakı nümunə komandadan istifadə edə bilərik:

Nümunə komanda: gzip faylın_adı

Bu komandanı icra etdikdən sonra fayl faylın_adı.gz olaraq dəyişdiriləcək.


İndi isə sıxışdırılmış faylı necə çıxaracağımıza baxacağıq.

Nümunə komanda: gunzip faylın_adı.gz


4.zip və unzip
zip faylları sıxışdırmaq və bir neçə faylı bir arxiv faylına yığmaq üçün istifadə olunur.
unzip isə sıxışdırılmış zip fayllarını açır.
Nümunə Zip faylı yaratmaq üçün:

zip archive.zip fayl1 fayl2

Bütün folderi zip faylına çevirmək üçün aşağıdakı komandandan istifadə edirik

zip -r archive.zip /path/to/folder


Zip edilmiş faylı çıxarmaq üçün:

Nümunə komanda: unzip archive.zip



5.bzip2bunzip2

İndi isə daha güclü sıxışdırma proqramı olan bzip və bunzip2 dən danışacağıq. bzip kimi işləyir.
Amma daha güclü sıxma alqoritimindən istifadə edərək faylları sıxışdırırı.


Faylı sıxmaq üçün:

bzip2 faylınadı
-------------------------------------
Sıxışdırılmış faylı açmaq üçün:

bunzip2 faylınadı.bz2


6.7z (7-Zip)

7z daha güclü sıxma gücünə malik arxivlər yaratmaq üçün istifadə olunur.

7z faylı yaratmaq üçün:
7z a archive.7z /path/to/files


7z faylını çıxarmaq üçün:

7z x archive.7z

Bu tool-ları Linux-distrolada arxivləşdirmə və sıxışdırma işlərində ən çox istifadə olunan vasitələrdir. Əlavə olaraq:

Arxiv Yaratmaq:

Fayl və ya qovluğu .tar.gz formatında sıxışdırmaq üçün aşağıdakı komandanı istifadə edə

bilərsiniz:

tar -czvf arxiv_fayli.tar.gz fayl_yolu/

Burada:

  • -c – arxiv yaratmaq,
  • -z – gzip ilə sıxışdırmaq,
  • -v – arxivlənmə prosesini ekranda göstərmək (isteğe bağlıdır),
  • -f – arxiv faylının adını təyin etmək,
  • fayl_yolu/ – arxivə əlavə etmək istədiyiniz fayl və ya qovluğun yolu.
Arxivi açmaq:
Arxiv faylını çıxarmaq üçün isə:

tar -xzvf arxiv_fayli.tar.gz

Burada:

  • -x – arxivi açmaq,
  • -z – gzip ilə sıxılmış faylı çıxarmaq,
  • -v – çıxarma prosesini göstərmək,
  • -f – arxiv faylının adını göstərmək.

Bu komandalar Linux-da arxiv yaradıb açmaq mümkündür.

No comments:

Post a Comment

Ən çox oxunan