Wednesday 11 September 2024

Linux-da hostname, netmask və gateway ayarlarını dəyişdirmək

 


Salam əziz oxucular,

Bu gün sizə Linux-da lazımlı konfiquruasiya fayıllarından biri olan  local İP və hostname adının dəyişdirilməsini Linux distroları Linux-da hostname, netmask və gateway ayarlarını dəyişdirmək üçün aşağıdakı addımları izləyə bilərsiniz:

1. Hostname Dəyişdirilməsi

Hostname-i dəyişmək üçün istifadə edə biləcəyiniz bir neçə üsul var.

a) Komanda ilə dəyişdirmək (müvəqqəti)

Hostname-i müvəqqəti olaraq dəyişmək üçün hostname komandasından istifadə olunur:

Nümunə: sudo hostname yeni_hostname


Yuxarıdakı dəyişiklik sistem  yenidən başladıqdan sonra  itəcək konfiqurasıyanın daima qalması üçün.

b) Konfiqurasiya faylında dəyişdirmək (daimi)

Hostname-i daimi olaraq dəyişdirmək üçün /etc/hostname faylını redaktə edin:

Nümunə: sudo nano /etc/hostname


Bu faylda yalnız yeni hostname yazıb, yadda saxlayın.
Ardından /etc/hosts faylını redaktə etdikdən sonra aşağıdakı sətri yeniləyin:

Nümumə:sudo nano /etc/hosts


Məsələn: 127.0.1.1 yeni_hostname
Dəyişiklikləri yadda saxlamaq üçün sistemin yenidən restart edilməsi lazım olacaq:

Nümunə: sudo reboot


2. Netmask və IP Dəyişdirilməsi
IP adresini və netmask-i daimi olaraq dəyişdirmək üçün interfeys konfiqurasiyasını redaktə
etməlisiniz. a) netplan (Yeni sistemlər üçün) Yeni Linux distrolarında netplan vasitəsilə şəbəkə ayarlarını dəyişə bilərsiniz.


Aşağıdakı faylı redaktə edin:

Nümunə:sudo nano /etc/netplan/00-installer-config.yaml


Fayl İçərisində aşağıdakı kimi ayarları dəyişdirilməlidir:

network: ethernets: enp0s3: addresses: - 192.168.1.100/24 gateway4: 192.168.1.1 nameservers: addresses: - 8.8.8.8 - 8.8.4.4 version: 2

  • addresses bölümündə IP adresini və netmask-i təyin edin (məsələn, 192.168.1.100/24).
  • gateway4 hissəsində şluz (gateway) konfiqlərini təyin edin.
Sonra dəyişiklikləri tətbiq edin: Nümunə: sudo netplan apply b) İfconfig ilə Müvəqqəti Dəyişdirilmə
Əgər siz dəyişiklikləri müvəqqəti etmək istəyirsinizsə:

Nümunə: sudo ifconfig eth0 192.168.1.100 netmask 255.255.255.0



3. Gateway Dəyişdirilməsi

Gateway-i müvəqqəti olaraq dəyişmək üçün aşağıdakı komandandan istifadə olunur:
Nümunə: sudo route add default gw 192.168.1.1 eth0


Daimi olaraq dəyişdirmək üçün isə /etc/netplan və ya /etc/network/interfaces faylında gateway-in
adresini yeniləyin. Bu ayarlarla, şəbəkə interfeysi konfiqurasiyalarını uğurla dəyişə bilərsiniz.

No comments:

Post a Comment

Ən çox oxunan