Wednesday 18 September 2024

Proqramçılğa başlamaq üçün heç vaxt gec deyil



Salam əziz dostlarım, Bu gün sizə proramçılıq üçün  həqiqətənda yaşın problem olmayacağı haqqında real insan hekayısini qısa yazacam

30 yaşından sonra Programçılqı üçün karyera qurmaq çətin olsa da, yeni bacarıqlar öyrənmək və özünüz üçün yeni karyera qurmaq heç vaxt gec deyil. 30 yaşından sonra  frontend developer kimi karyerama başlayan bir yaxın tanışımın sizə hekayəsini danışaraq sizə ilham vermək istəyirəm.

10 il mühasib işləmişəm. Ancaq bunun həqiqətəndə işimi sevmirdim.Amma maaş xətrinə olsada özümü sıxıb işimi görürdüm.Amma bir gün risk edib özümə güvənib  və yaradıcı tərəfimdən istifadə edə biləcəyim bir iş görmək istəyirdim. Araşdırmalarım nəticəsində mən frontend developer-i öyrənmək qərarına gəldim.

Əvvəlcə düşünürdüm ki, çox şey öyrənməliyəm və bu işi yalnız çox ağıllı adamlar edə bilər. Bununla belə, YouTube və Udemy kimi onlayn resurslar vasitəsilə öyrənə və bacarıqlarımı təkmilləşdirə biləcəyimi kəşf etdim. Mən həmçinin Twitter Facebook kimi onlayn platformalarda iştirak edərək digər Developerlərlə əlaqə saxlayıb və onların təcrübələrini öyrənə bildim.

Kiçik proyektlər etməklə özümü inkişaf etdirim proyektlərimi  GitHub-da paylaşdım. Çətin olsa da, problemləri həll etmək və sıfırdan bir şey yaratmaqdan  həzz alırdım. Nəhayət, məni frontend sahəsində təcrübəçi kimi işə götürdülər. Yaşım digər təcrübəçilərdən çox  böyük olsa da, bu sahəni öyrənmək məni çəkindirmədi. Bunun əvəzinə mümkün qədər çox şey öyrənməyə və öz dəyərimi sübut etməyə çalışırdım.

Səhər axşam çəkdiyim əziyyətlərimin müqabilində mən frontend developer kimi iş təklifi aldım. Bu, həqiqətən mənim çoxdan gözlədiyim xəyalım idi! Developerlik bacarığımdan  və problemləri  həll etmə bacarığımdan istifadə edərək gözəl və funksional vebsaytlar və proqramlar yarada bildim. Və ən yaxşı tərəfi mənim töhfələrimin qiymətləndirildiyi və potensialımın göründüyü bir komandada olmaq idi.

Əgər 30 yaşından sonra Developerlik üzrə   karyera qurmaq istəyirsinizsə, sizə demək istəyirəm ki, bunu edə bilərsiniz. Yeni texnolgiyaları öyrənmək və sizi xoşbəxt edən işi tapmaq heç vaxt gec deyil. Developerliyi bir dəniz gəzintisinə bənzədin  Səyahət boyunca bəzi çətinliklərlə qarşılaşa bilərsiniz, lakin qətiyyət, əzmkarlıq və sizi dəstəkləyən insanlarla hədəflərinizə çata bilərsiniz. Yaşınızın arzularınıza mane olmasına imkan verməyin.

No comments:

Post a Comment

Ən çox oxunan