Thursday 12 September 2024

Red Hat Əməliyyat sistemində şəbəkə interfeysinin manual tənzimlənməsi


Salam əziz oxucular,

Bu gün sizə bloqumuzda RHCSA imtahanında olan suallarından  ən əsası haqqında danışaçağıq.

RHEL (Red Hat Enterprise Linux) əməliyyat sistemində IP ünvanını manual dəyişmək üçün bir neçə üsul var. Aşağıda, ən çox istifadə edilən metodlardan birini təqdim edirəm:

1. nmtui (NetworkManager Text User Interface) istifadə edərək IP tənzimləməsi

Bu metod qrafik interfeysə bənzər şəkildə işləyir və həmdə terminal istifadəyə imkan verir:

1.Terminalda aşağıdakı komandanı daxil edin:

nmtui

Açılan interfeysdə "Edit a connection" seçin.

Konfiq etmək istədiyiniz şəbəkə interfeysini seçin və Enter basın.

"IPv4 CONFIGURATION" bölümündə "Manual" seçimini edin və aşağıdakı məlumatları əlavə edin:

IP Address 

Netmask 

Gateway Əlavə olaraq, DNS serverləri təyin edin.

Dəyişiklikləri saxlayın və çıxın.



2. nmcli (NetworkManager Command Line Interface) istifadə edərək  IP dəyişdirilməsini

nmcli ilə IP adresini dəyişmək üçün aşağıdakı addımları izləyin:

  1. Mövcud şəbəkə interfeyslərini yoxlayın:

          Komanda: nmcli device status
------------------------------------------------------------------------------
        2.Dəyişdirmək istədiyiniz interfeysin adını tapın, məsələn, ens33.
   
  Bu komandanı işə salın (yerinə görə IP, maska və Gateway dəyişdirin):


Komanda:

nmcli con mod ens33 ipv4.addresses 192.168.1.100/24
nmcli con mod ens33 ipv4.gateway 192.168.1.1
nmcli con mod ens33 ipv4.dns "8.8.8.8 8.8.4.4"
nmcli con mod ens33 ipv4.method manual


Dəyişiklikləri edin və interfeysi yenidən başladın:

Komanda: nmcli con up ens33



3. Əl ilə konfiqurasiya (İnterfeys fayllarını redaktə etmə)

RHEL-də şəbəkə interfeysləri /etc/sysconfig/network-scripts/ folderində saxlanır. Siz bu folderdəki interfeys faylını redaktə edə bilərsiniz.


1. Əvvəlcə interfeys faylını tapın. Adətən, ifcfg-ens33 kimi bir ad olur:

ls /etc/sysconfig/network-scripts/ifcfg-*

2. Faylı redaktə edin:

sudo vi /etc/sysconfig/network-scripts/ifcfg-ens33

3. Faylı aşağıdakı qaydada yeniləyin (IP və DNS məlumatlarını öz daxili şəbəkənizə uyğun dəyişdirin):


BOOTPROTO=none

IPADDR=192.168.1.100

NETMASK=255.255.255.0

GATEWAY=192.168.1.1

DNS1=8.8.8.8

DNS2=8.8.4.4

ONBOOT=yes


Dəyişiklikləri yadda saxladıqdan sonra network servisini yenidən başladın:

sudo systemctl restart network


Qeyd: Bu dəyişiklikləri Red Hat Enterprise Linux Əməliyyat sistemində IP ünvanınızı manual dəuişə bilərsiniz.








No comments:

Post a Comment

Ən çox oxunan