Friday 6 September 2024

Sistem Administrator olmaq üçün bilmək lazımdır




 Salam əziz oxucular,

Bu gün sizə günümüzün tələb olunan IT  sahələrdən olan Sistem Administrator- olmaq üçün əsas təməl  biliklərə sahib olmaq istəyirsinizsə mütləq məqaləni sonuna qədər oxumağınız şiddətlə tövsüyə olunur.


1. Əməliyyat Sistemləri (Operating Systems)

  • Linux/Unix: Əksər serverlər Linux və ya Unix üzərində çalışır, ona görə də bu sistemləri idarə etmə bacarığı çox önəmlidir. Red Hat, Ubuntu, CentOS kimi Linux distrosları ilə işləməyi öyrənmək faydalıdır.
  • Windows Server: Bir çox şirkət Microsoft-un Windows Server əməliyyat sistemindən istifadə edir. Active Directory, Group Policy, DNS və DHCP kimi Windows Server xüsusiyyətlərini idarə etmək bilikləri vacibdir.
  • Vmware – , ESXI, vCenter  üzrə biliklərin öyrənilməsi
  • Microsoft 365 admin center sistemlərinin öyrənilməsi


2. Şəbəkə Bilikləri (Networking)

  • TCP/IP: İnternet və lokal şəbəkələr üzərində rabitə qurmaq üçün TCP/IP protokolunun əsaslarını bilmək vacibdir.
  • Subneting:Şəbəkələrin subnetə bölünməsini təmin etmək
  • DNS və DHCP: DNS (Domain Name System) və DHCP (Dynamic Host Configuration Protocol) kimi şəbəkə xidmətlərini konfiqurasiya etmək və idarə etmək bacarığı.
  • Firewall və VPN: Şəbəkə təhlükəsizliyini təmin etmək üçün firewall-ları konfiqurasiya etmək, eləcə də uzaqdan giriş üçün VPN (Virtual Private Network) qurmaq və idarə etmək bilikləri.

3. Təhlükəsizlik (Security)

  •  Autentifikasiya: İstifadəçi hesablarının təhlükəsizliyini təmin etmək üçün şifrələmə texnologiyaları və autentifikasiya metodlarını bilmək vacibdir.
  • Firewall-lar və antiviruslar: Şəbəkə və sistemlər üçün təhlükəsizlik tədbirlərini idarə etmək, firewall-ları və antivirus proqramlarını quraşdırmaq və konfiqurasiya etmək.

Storage Systems

  • RAID, NAS, SAN: Fayl saxlama və məlumatların bərpası üçün RAID texnologiyası, həmçinin NAS (Network-Attached Storage) və SAN (Storage Area Network) sistemlərini idarə etmək bilikləri.

Backup və Bərpa (Backup & Recovery)

  • Sistem backup proseslərini qurmaq və müntəzəm backupların  yerinə yetirildiyindən əmin olmaq vacibdir. Məlumat itkisi zamanı bərpa proseslərini idarə etmək bacarığı da lazımdır.

Skript Yazma Bacarıqları (Scripting Skills)

  • Bash, PowerShell və Python:Və ən əsasıda bu bacarıqlarınız sizdə olsa seçimlərdə siz üstünsünüz .
  •  Əməliyyat sistemində təkrarlanan tapşırıqları avtomatlaşdırmaq üçün skriptlər yazmaq önəmlidir. Bash və PowerShell skriptləri sistem idarəçiliyində geniş istifadə olunur.

Virtualizasiya (Virtualization)

  • VMware, Hyper-V: Virtual maşınların idarə edilməsi SysAdmin-lər üçün əsas bacarıqlardan biridir. VMware və ya Hyper-V platformaları ilə işləmək vacibdir.

8. Bulud Texnologiyaları (Cloud Technologies)

  • AWS, Microsoft Azure və ya Google Cloud: Cloud xidmətləri üzrə biliklər SysAdmin-lərin gələcək üçün ən vacib biliklərindən biridir. Cloud sistemlərinin idarə edilməsi və monitorinqi bacarıqları üstünlük yaradır.

9. Monitorinq və İdarəetmə

  • Serverlərin, şəbəkələrin və servislərin vəziyyətini izləmək və performans problemlərini müəyyənləşdirmək üçün monitorinq toollardan istifadə etmək vacibdir. Nagios, Zabbix və ya Prometheus kimi toollar faydalıdır.

Bu əsas biliklər SysAdmin olma yolunda vacib olan bazanı formalaşdırır.

No comments:

Post a Comment

Ən çox oxunan