Friday 13 September 2024

Linux Apache Serverin qurulması



Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir.

1. Linux:

Tərif: Linux, açıq mənbə kodlu bir əməliyyat sistemidir. Bu, Unix-bazlı bir sistemdir və geniş çeşidli cihazlarda, o cümlədən serverlərdə, desktoplarda, mobil cihazlarda və daha çoxunda istifadə olunur.

Özəlliklər: Linux, stabilliyi, təhlükəsizliyi və qlobal icma tərəfindən dəstəklənməsi ilə tanınır. Yüksək səviyyədə konfiqurasiya və özelleştirme imkanı təqdim edir.

İstifadə: Linux serverlərdə çox geniş istifadə olunur, çünki onlar güclü performans, etibarlılıq və təhlükəsizlik təmin edir.

2. Apache HTTP Server:

Haqqında: Apache HTTP Server (adətən sadəcə "Apache" kimi tanınır), ən çox istifadə olunan açıq mənbə kodlu web server proqramıdır. Apache, HTTP (Hypertext Transfer Protocol) vasitəsilə veb səhifələrini istifadəçilərə təqdim edir.

Xüsusiyyətləri:

Modularlıq: Apache, müxtəlif modullar vasitəsilə əlavə funksionallıq təmin edir, məsələn, URL yönləndirmə, SSL/TLS dəstəyi və digər xüsusiyyətlər.

Konfiqurasiya: Apache çoxlu sayda konfiqurasiya seçimləri təklif edir, bu da onu çox çevik edir. "httpd.conf" adlı konfiqurasiya faylı vasitəsilə serverin davranışını təyin edə bilərsiniz.

Platformalar: Apache, müxtəlif əməliyyat sistemlərində işləyə bilir, lakin Linux üzərində geniş şəkildə istifadə olunur.

İstifadə: Apache, veb səhifələrinin server tərəfində işləməsini təmin edir və çoxlu veb tətbiqetmələr üçün populyar bir seçmədir.

Linux və Apache Serverin Birlikdə İstifadəsi:

Linux və Apache server birləşməsi çox populyardır və bir çox veb saytın və onlayn xidmətlərin təmin edilməsi üçün istifadə olunur. Linux əməliyyat sistemi Apache serverini idarə edir və web server olaraq onun mükəmməl performansını təmin edir.


Bu birləşmə çox sayda veb hosting xidməti göstərən, şirkətləri və developerlər tərəfindən istifadə olunur, çünki həm Linux-un, həm də Apache-in açıq mənbə kodlu olması onlara şirkətlərinin xərclərini azaltma imkanı təqdim edir.


İndi isə keçək quraşdırılmaya:

Debian üzrə Apache Qurulması

  1. Sistem Paketlərini Yeniləyin:

      Komandanı işə salın 
      sudo apt update
      sudo apt upgrade

     
  2. Apache Serveri Qurun:

   Apache serverini quraşdırmaq üçün aşağıdakı komandanı işə salın:

   Komanda: sudo apt install apache2


 3. Apache Serverinin Statusunu Yoxlayın:

    Apache serverinin işlədiyini yoxlamaq üçün:

    Komanda: sudo systemctl status apache2


   Əgər server işləməsə, onu işə salamq üçün: 
   Komanda: sudo systemctl start apache2

    Serverin avtomatik olaraq başlanmasını istəyirsinizsə o zaman :
      
    Komanda: sudo systemctl enable apache2



  Firewall  konfiq etməyiniz lazımdır:
  
  Əgər sisteminizdə firewall aktivdirsə, HTTP və HTTPS trafiki üçün uyğun icazələr əlavə etməlisiniz:
   
Komanda
sudo ufw allow 'Apache'
sudo ufw status


4.Apache Serverini Test Edin:

Brauzerinizdə  http://localhost və ya serverinizin IP ünvanına daxil olun. Apache-nin standart qarşılanma səhifəsini görməlisiniz.



CentOS/Red Hat Üzrə apache qurulmasını göstərəcəyik

  1. Sistem Paketlərini Yeniləyin:

  2. sudo yum update

       Apache Serverini Qurun:

       Apache serverini quraşdırmaq üçün: 
       sudo yum install httpd
        

      3.Apache Serverinin Statusunu Yoxlayın

         Apache serverinin işlədiyini yoxlamaq üçün:
         Komanda: sudo systemctl status httpd

        
        Əgər server işləmirsə, onu restart etmək üçün:
        Komanda: sudo systemctl start httpd

     
     Server restartdan sonra  avtomatik olaraq başlanmasını təmin etmək üçün:
      Komanda: sudo systemctl enable httpd


      4.Firewall icazərləini konfiq edin:

     Firewall-da HTTP HTTPS trafiki üçün icazələri təmin etmək üçün:

    Komanda:

sudo firewall-cmd --permanent --add-service=http
sudo firewall-cmd --permanent --add-service=https
sudo firewall-cmd --reload


  1. Quraşdırıldıqdan sonra apache serverini test etmək lazımdır:

    Brauzerinizdən http://localhost və ya serverinizin IP adresinə giriş edərək. Apache-nin standart əsas index səhifəsini görməlisiniz.

Apache serverinin konfiqurasiyası

Apache serverinin əsas konfiqurasiyasının faylı bu ünvanda yerləşdir /etc/apache2/apache2.conf (Ubuntu/Debian) və /etc/httpd/conf/httpd.conf (CentOS/Red Hat) yerləşir. 

Bu fayl vasitəsilə serverinizin tənzimləyə bilərsiniz.

Veb saytlar əlavə etmək: Veb saytlarınızı yerləşdirmək üçün /var/www/html (Ubuntu/Debian) və /var/www (CentOS/Red Hat) dizinlərinə fayllarınızı yerləşdirə bilərsiniz. Yeni veb saytlar əlavə etmək üçün virtual hostlar tənzimlənə bilər.

Virtual Host Konfiqurasiyası (Ubuntu/Debian):

  • Virtual host faylları /etc/apache2/sites-available/ dizinində yerləşir.
  • Yeni virtual host əlavə etmək üçün yeni fayl yaradın və konfiqurasiya edin. Sonra a2ensite əmri ilə aktivləşdirin.
  

No comments:

Post a Comment

Ən çox oxunan