Saturday 14 September 2024

Unudulmuş Red Hat Enterprise Linux (RHEL) 8 root şifrəsinin sıfırlanması




 Salam əziz oxucular,

Bu gün sizə Unudulmuş Red Hat Enterprise Linux (RHEL) 8 root parolunu sıfırlamağı göstərəcəm.Beləliklə bu səhifədəsinizsə demək root şifrəsini itirmisiniz bilmirisniz nə edəsiniz.Fikir çəkməyin dəstəy olmağa çalışacağıq.root şifrəsini unutmusuzsa RedHat- əməliyyat sisteminin bizə verdiyi super gücü istifadə edərək  addım, addım edəcəyik.



Addım 1: ƏS-ni yenidən başladın və GRUB Boot Loader proqramını açın

Əgər siz artıq başqa user ilə  daxil olmusunuzsa, onda GUI vasitəsilə OS-ni yenidən başladın və ya aşağıdakı komandadan istifadə edin:


komandacmd$ reboot




 Bootloader pəncərəsini gördünsə gözləmə nə gözləyirsən  klaviyaturada dərhal  "e" hərifinə sıxın



Əgər seçiminiz düzgündürsə aşağıdakı kimi bir pəncərə açılacaq.




Addım 2: Yükləmə ardıcıllığını dəyişdirin

İndi, aşağıda göstərildiyi kimi ikinci sonuncu sətrin sonuna açar sözlər əlavə edərək yükləmə ardıcıllığını dəyişdirin:


İkinci sonuncu sətrin sonuna əlavə edin: rd.break enforcing=0




Açıqlama: "rd"  RAM diski mənasına gəlir və  "rd.break" bizə RAM diski göstərəcəkdir. Və  ‘enforcing=0’  SELinux -u söndürəcəkdir. Bu açar sözləri əlavə edirik.Burda edilən dəyişikliklər müvəqqətidir və növbəti yükləmədə heç bir təsiri olmuyacaq




Redaktə etdikdən sonra "Ctrl + x" düyməsini sıxın. Bu, aşağıdakı şəkildə göstərildiyi kimi, 'switch_root:/#' etiketli kerneli olan başqa bir ekran açacaq;




Addım 3: read və write privileges ilə yenidən quraşdırın / sysroot
Aşağıdakı komanda vasitəsilə read və write  icazələri ilə / sysroot-u yenidən qurmalıyıq:

switch_root:/# mount -o remount,rw /sysroot 


Qeyd: ‘/dev/mapper/rhel-root’ əvvəlcə  '/sysroot' üzərinə quraşdırılır və sonra yalnız  fstab faylını  oxuduqdan sonra '/'  üzərinə quraşdırılır. Boot prosesini dayandırdığımız üçün  fstab hələdə işləməyib və  /dev/mapper/rhel-root hazırda  /sysroot- da quraşdırılıb.Problem ondadır ki, o "ro" (yalnız oxumaq üçün) icazələri ilə quraşdırılmışdır. Şifrəni dəyişdirmək üçün  bizə "rw" (oxuma,yazma) icazələri lazımdır. Beləliklə, rw icazələri ilə  /sysroot-u  yenidən quraşdırııq.




Addım 4: Görünən kök faylını /sysroot-a dəyişin
İndi, aşağıdakı komanda vasitəsilə görünən root faylını /sysroot-a dəyişəcəyik:

Komanda:  switch_root# chroot /sysroot/



Qeyd: Görünən root faylını defolt olaraq ‘/’ olaraq təyin edilib və hazırda ‘/dev/mapper/rhel-root’ ‘/sysroot’ üzərində quraşdırıldığı üçün biz də görünən root faylını /sysroot-a dəyişməliyik.


Bizi 'sh-4.4#' qeydli kernele çatdıracaq.


Addım 5: Root şifrəsini sıfırlayın
İndi aşağıdakı komanda vasitəsilə root şifrəsini sıfırlaya bilərik:
h-4.4# passwd root

Yeni root şifrəsini yazın  aşağıda göstərildiyi kimi təsdiqləmək üçün onu yenidən yazın;




Addım 6: Çıxın və daxil olun

İndi 'exit' yazın və 'sh-4.4#' kernel-dən çıxmaq üçün 'Enter' düyməsini sıxın.


sh-4.4# exit



Yenə 'exit' yazın və 'switch_root:/#' kernel dən çıxmaq üçün 'Enter' düyməsini çıxın . Bunu etməklə yükləmə ardıcıllığı davam edəcək və sizi GUI giriş ekranına aparacaq.


switch_root:/# exit


İndi isə , qeyri-root useri ilə hesabınızla daxil olun və sonra yeni təyin edilmiş root şifrəsi ilə terminal vasitəsilə root hesabına giirş edin.

cmd$ su -
 

Qeyd: Root olmayan user hesabınızla daxil olmaq və sonra terminalda açılmış kernelində root userinə keçmək tövsiyə olunur. Ancaq hər hansı bir root olmayan user-ə girişiniz yoxdursa, birbaşa root useri kimi daxil ola bilərsiniz.



Addım 7: /etc/shadow faylının SELinux etiketini sıfırlayın
Nəhayət, aşağıdakı komanda vasitəsilə /etc/shadow faylı üçün SELinux etiketini bərpa etməliyik:

cmd# restorecon /etc/shadow

Qeyd: Məsələn, istifadəçi şifrələri /etc/shadow faylında saxlanılır. Root şifrəsini dəyişdirdikdə, passwd əmri /etc/shadow faylını redaktə edir. Bu dəyişiklik SELinux etiketini də dəyişir. SELinux-u bu boot dövrü üçün müvəqqəti olaraq deaktiv etmişik. Amma növbəti dəfə sistem yenidən başladıqda, SELinux aktiv olduqda, /etc/shadow faylına təyin edilmiş etiketi oxuyacaq və dəyişiklikləri dərhal aşkar edəcək, nəticədə bizi sistemdən qapatacaq. Bu vəziyyətdən qaçmaq üçün /etc/shadow faylı üçün standart etiket dəyərini bərpa etməliyik.




Siz həmçinin bu  komanda vasitəsilə fayl üçün cari SELinux etiketinə baxa bilərsiniz:
cmd# ls -lZ /etc/shadow




Nəhayət ki,  Əməliyyat sistemini yenidən başlada bilərsiniz.




Təşəkkür edirəm hər birinizə 


No comments:

Post a Comment

Ən çox oxunan